Xocalı qətliamını etiraf edən erməni generalla bağlı tədbir görüləcək | Hərbi ekspertdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Levon Minasyan adlı erməni general gürcü blogerlə söhbəti zamanı öz “qəhrəmanlığ”ından danışıb.
O, Qarabağda, əsasən də Xocalıda azərbaycanlılara qarşı cinayət törətdiyini etiraf edib. Üstəlik, bunu gerçəkləri təhrif edərək və qürurla dilə gətirib. Təbii ki, bu, ilk belə etiraf deyil. Zaman-zaman sosial platformalar vasitəsilə azərbaycanlılara qarşı cinayət törətdiklərini etiraf edən ermənilər olub. Xüsusilə də 90-cı illərdə Qarabağda gedən döyüşlərdə iştirak edən bəzi erməni generallar azərbaycanlılara qarşı etdikləri cinayətkar əməllərini fəxrlə dilə gətiriblər.
“Xocalı mənim işimdir. Orada çox sayda azərbaycanlını öldürmüşəm. Xocalıda o qədər kəsmişəm, doğramışam ki, sayı-hesabı yoxdur”, − Levon Minasyan bildirib.
Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, müvafiq qurumların həmin şəxslə bağlı məlumatı var və bununla bağlı lazımi tədbirlər görüləcək.
Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin ən ağır faciələrindən biridir. Bu cinayəti törədənlər, onları dəstəkləyənlər layiqli cəzalarını almalıdırlar.
#Xocalı soyqırımı teqi istifadə olunub
- Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV
- Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - Baku TV
- Xocalı soyqırımının qurbanlarının xatirəsi yad edildi - Baku TV
- Xocalıda soyqırımı qurbanlarının xatirəsinə fləş-mob keçirildi
- Dünya ictimaiyyəti qarşısında tarixi ədalət - Baku TV
