Yağış yağacaq, şimşək çaxacaq | Hava haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 17-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürətinin 15-18, bəzi yerlərdə 20-23 m/s-dək çatacağı proqnozlaşdırılır.
Bölgələrdə də yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 4-8 dərəcə isti olacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI
- Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI
- Oktyabrda yay havası | Gözlənilməz hava şəraiti nə zamana qədər hökm sürəcək? - Baku TV CANLI
- Bakıda və bölgələrdə yaşayanlara hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI
- Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI
