Yapon velosipedçinin Azərbaycan sərgüzəştləri | Bütün dünyanı bu cür gəzmək istəyirəm
Yeniliklərdən dərhal xəbərdar olun
Ələt-Astara yolunun Salyan rayonu istiqamətində velosəfərə çıxan yapon turist 10 min kilometrdən çox məsafə qət edib.
Müxtəlif ölkələrdən keçdikdən sonra Azərbaycan ərazisində səfərini davam etdirən Tatia adlı turist buradan digər Şərq ölkələrinə yönəlmək fikrindədir.
O deyir ki, gecələri əsasən yol çadırında qalıb istirahət edir. Yolboyu ölkəmizin müxtəlif mədəniyyət abidələri, dağları, çayları və gözəl mənzərələri ilə tanış olur. İndi onun yolu cənub istiqamətinədir.
“Hazırda velosipedlə Azərbaycan ərazisində səyahət edirəm. Daha sonra İrana və Avropa ölkələrinə də getmək niyyətindəyəm. Amma dayanmaq fikrində deyiləm. Avropa, Afrika və Cənubi Amerika ölkələrinə də getmək istəyirəm. Son olaraq yenə Yaponiyaya qayıdacağam. Bütün dünyanı bu şəkildə tur etmək istəyirəm”, – yaponiyalı turist deyib.
#Salyan teqi istifadə olunub
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- "Deməli, istədiyi sürətlə sürə bilər" | Bu yol niyə sakinlərin kabusuna çevrilib? - Baku TV
