Yaşayış olan bina sökülür
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yerləşən binada özəl şirkətlərdən biri söküntü işləri aparır.
Sakinlərin əksəriyyətinin hələ də burada yaşamasına baxmayaraq, tikinti şirkəti heç nəyə əhəmiyyət vermədən söküntü işlərini davam etdirir. Bu da təbii olaraq onların etirazına səbəb olub.
Binada söküntü işlərini həyata keçirən Mənzil Tikinti Kooperativinin nümayəndəsi Zaur Rəsulzadə məsələ ilə bağlı Baku TV-yə açıqlama verib. O da öz növbəsində sakinlərdən şikayətlənib.
Z.Rəsulzadənin sözlərinə görə, binadakı 150 ailədən 130-u artıq köçürülüb və bunun qarşılığında onlara müəyyən kompensasiya da verilib. Digər 20 ailə isə təklif edilən məbləğlə razı olmadığından binanı tərk etmək istəmir.
“120 kvadratmetr olan evə 1 milyon pul istəyirlər. Onlar tikinti işlərinin dayandırılmasına çalışırlar”, - deyə o əlavə edib.
#Nəsimi rayonu teqi istifadə olunub
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
