Pleyeri seçin:

Yay fəslindən sonra radiator niyə təmizlənməlidir?

06 avqust 2026 218 baxış

Yay mövsümü başa çatdıqdan sonra sürücülər avtomobillərinin radiatorunu üzərinə yapışmış həşərat qalıqlarından mütləq təmizləməlidirlər. Əks halda, yüksək rütubət şəraitində həmin qalıqlar kiflənə və radiatorun işinə mənfi təsir göstərə bilər.

Bu barədə rusiyalı avtomobil eksperti Dmitri Popov yerli mediaya müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, yay aylarında radiatorun ön hissəsində ağcaqanad, milçək və digər həşəratların qalıqları toplanaraq qalın üzvi çirk qatı əmələ gətirir. Bu təbəqə radiatorun hava dövranını zəiflədir və soyutma sisteminin səmərəliliyini azalda bilər.

Popov radiatorun sentyabr ayında yuyulmasını tövsiyə edib. Onun sözlərinə görə, təmizləmə zamanı radiator borularına zərər verməmək üçün yüksəktəzyiqli suyun aşağı gücdə və ehtiyatla tətbiq edilməsi vacibdir.

Ekspert bildirib ki, yay mövsümündən sonra hava filtrlərinin vəziyyəti də yoxlanılmalıdır. Filtrlərdə toplanan çirk və digər qalıqlar onların dəyişdirilməsini zəruri edə bilər.

Popov sonda qeyd edib ki, yay mövsümündən sonra avtomobilin ön şüşəsi də sabunlu su ilə yuyularaq həşərat izlərindən tam təmizlənməlidir.

Kopyalandı
Banner
Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

"Psixoloq pasiyentin ruhu ilə məşğul olmalıdır" | Acı çəkməyən adam müdrik ola bilərmi? - AMİN

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Azərbaycanda ortaaylıq əməkhaqqı 7 faizdən çox artdı | Göstərici qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

2035-ci ilə qədər istilik sistemlərində nəzərdə tutulan böyük dəyişiklik nədir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Çətirlərinizi hazırlayın! | Bakıda yaz havası sona çatır? - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

“Yaşamaq mümkün deyil, yayda lap dəhşətdir” | Xırdalan sakinlərini bezdirən problem - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Xırdalandakı 13 mərtəbəli binada nə baş verir? | Sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

”Global Media Group”un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

“Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

"Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər

Cəmiyyət
22 oktyabr 2026 218 baxış
Seçilmişlər
icon