Yekaterinburqda azərbaycanlıya qarşı saxta ittiham | İş adamını nəyə görə həbs etmək istəyirlər?
Yekaterinburq Prokurorluğu daha bir azərbaycanlı biznesmeni həbs etmək istəyir.
Məlumata görə, 2000-ci ildə sahibkar qətlində ittiham olunan Nəsimi Məmmədov 3 dəfə bəraət alıb, daha doğrusu, məhkəmədə günahsız elan olunub.
Xatırladaq ki, 2000-ci il dekabrın 21-də Yekaterinburqda iş adamı Aleksey Zubakin ortağı Dmitri Deyçin yaşadığı binanın girişində iki tapança ilə silahlanmış şəxs tərəfindən güllələnərək öldürülüb. Qatilin izinə düşüb ələ keçirmək mümkün olmayıb. Onun dostu hadisə şahidi kimi dindirilib.
2022-ci ildə polis Dmitri Deyç, Mixail Klok və Nəsimi Məmmədovu tutub. Mərhum ortağının biznesinə sahiblənən Deyç etiraf edib ki, Zubakinə sui-qəsdi 15 min dollar müqabilində Mixail Kloka sifariş edib. Saxlanılandan sonra Mixail Klok isə killerin Nəsimi Məmmədov olduğunu bildirib. Nəsimi Məmmədov isə cinayətlə heç bir əlaqəsinin olmadığını deyib və bütün ittihamları rədd edib. Onun heç odlu silahdan istifadə edə bilmədiyi də üzə çıxıb. Qətl törədilən vaxtda isə xəstəxanada olub və analiz verib.
2023-cü ildə Deyç xəstəlikdən ölüb, Məmmədov isə günahsız elan olunub. 2024-cü ildə prokurorluq onu yenə həbs etməyə çalışıb, lakin məhkəmənin bəraəti ilə üzləşib. İyunun 11-də məhkəmə işi tamamlanıb.
2025-ci il sentyabrın 17-də isə prokurorluq onun haqqında çıxarılan qərarı yenə dəyişməyə çalışıb. Amma Sverdlovsk Vilayət Məhkəməsi Nəsimi Məmmədovun günahsız olduğu haqqında qərarı qüvvədə saxlayıb. Mixail Klokun isə həbs olunması gözlənilir.
#Rusiya teqi istifadə olunub
- Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM
- Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması təsdiqlənib
- Belçika Rusiya aktivlərinin qarşılığında Aİ-dən bunları tələb edir - Baku TV CANLI
- Rusiyanın aktivləri müsadirə ediləcək? | Aİ-dən qərar - Baku TV CANLI
- Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
