Yeni il məclisində iki nəfəri qətlə yetirən Arif Bəhərçiyevin məhkəməsi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda iki nəfərin qətlində təqsirləndirilən Arif Bəhərçiyevin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ömürlük cəza verilməsini məhkəməyə təklif edib.
Müdafiə çıxışı üçün söz təqsirləndirilənin vəkilinə verilsə də, buna hazır olmadığı üçün o, məhkəmədən vaxt istəyib. Növbəti proses oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 55 yaşlı Namiq Orucov və 42 yaşlı Ramil Səfərovun ölmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 22 yaşlı Arif Bəhərçiyevin aralarında yaranmış mübahisə zamanı onlara bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Müəyyən olunub ki, qətl Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi zamanı baş verib. Təqsirləndirilən Arif Bəhərçiyev atası və anası ilə birlikdə həmin kafeni işlədiblər. Hadisə günü Arif kababçının yanında olan anasını çağırıb, onun çağırışına gəlməməsi isə mübahisəyə səbəb olub. Arif anasını döyməyə başlayıb, bu zaman orada kababçı işləyən Namiq Orucov müdaxilə edib. Tərəflər arasında sonu qətllə nəticələnən mübahisə yaranıb. Arif Bəhərçiyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə, eləcə də iki və ya daha çox şəxsi öldürmə maddələri ilə ittiham elan edilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- "Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV
