Yeni Ramana sakinlərinin həll olunmayan problemi
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Ramana qəsəbəsində avtobus problemi yaşanır.
Sakinlərin sözlərinə görə, sözügedən əraziyə yalnız 214 nömrəli avtobus işləyir. Həmin avtobus isə axşam səkkizə kimi fəaliyyət göstərir:
“Axşam səkkizdən sonra məcbur qalıb evə taksi ilə gedirik. Sakinlər əziyyət çəkirlər. Uşaqlar yağışlı havada çox çətinliklə gedib-gəlirlər. Marşrutun hərəkət xətləri uzadılmalıdır, həmçinin qəsəbə yeni avtobuslarla təmin olunmalıdır”.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, aparılan araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez dayandırılması halları müəyyən edilib:
“Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Marşrut üzrə avtobus sayının sərnişin tələbatına uyğun istismar olunmayacağı və xəttin nizamlı təmin edilməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması nəzərdə tutulub”.
#Avtobus problemi teqi istifadə olunub
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
- Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI
- "Camaat nə qədər taksiyə pul versin?!" - Əhali narazıdır | "6-dan sonra avtobus tapılmır" - Baku TV
- Bu avtobuslar niyə gecikir? | Daşıyıcı şirkət məsələyə belə aydınlıq gətirdi
