Pleyeri seçin:

Yeni rəqəmsal xidmətlər vətəndaşların həyatını necə dəyişəcək? - Baku TV

02 iyul 2026 212 baxış

Artıq dövlət xidmətlərindən istifadə etmək üçün müxtəlif mobil tətbiqlər və saytlar arasında keçid etməyə ehtiyac qalmaya bilər.

Azərbaycan rəqəmsal dövlət modelinə keçidi sürətləndirir. Məqsəd dövlət xidmətlərini vahid platformada birləşdirmək, sənəd dövriyyəsini azaltmaq və vətəndaşlara daha sürətli xidmət göstərməkdir.

Bu istiqamətdə növbəti mühüm addım Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müzakirə olunan yeni hədəflər oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və dövlət xidmətlərinin vahid platformada birləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirildi. İslahatların əsas məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqdır.

Hazırda müxtəlif dövlət qurumlarının xidmətləri mərhələli şəkildə “mygov” platformasında birləşdirilir. Yaxın vaxtlarda vətəndaşların əksər dövlət xidmətlərinə yalnız bir tətbiq vasitəsilə çıxış əldə etməsi nəzərdə tutulur.

Rəqəmsal transformasiyanın ən mühüm yeniliklərindən biri proaktiv xidmətlərin genişləndirilməsidir. Bu o deməkdir ki, bəzi hallarda vətəndaşın dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Məsələn, yaşa görə əmək pensiyası dövlət informasiya sistemlərində olan məlumatlar əsasında avtomatik təyin ediləcək.

Eyni yanaşma uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsində də tətbiq olunacaq. Doğum faktı sistemdə qeydə alınan kimi ödəniş əlavə müraciət olmadan həyata keçiriləcək. Şəxsiyyət vəsiqəsi, xarici pasport və sürücülük vəsiqəsinin müddəti başa çatmazdan əvvəl vətəndaşa avtomatik bildiriş göndərilməsi də planlaşdırılır.

Rəqəmsallaşma səhiyyə sistemində də yeni imkanlar yaradacaq. Hazırlanan Tibbi Rəqəmsal Əkiz Sistemi hər bir vətəndaşın elektron tibbi tarixçəsini, analiz nəticələrini, radioloji müayinələri və digər tibbi məlumatları vahid sistemdə birləşdirəcək.

Süni intellekt vasitəsilə işləyəcək bu sistem həkimlərə daha dəqiq diaqnoz qoymağa, xəstəlik risklərini əvvəlcədən müəyyən etməyə və hər bir pasiyent üçün fərdi müalicə planı hazırlamağa kömək edəcək. Vətəndaş isə analiz nəticələrini izləyə, tibbi tarixçəsinə baxa, onlayn həkim qəbuluna yazıla və profilaktik müayinələr barədə avtomatik məlumat ala biləcək.

Mütəxəssislər hesab edirlər ki, həyata keçirilən islahatların əsas məqsədi sadəcə xidmətləri elektronlaşdırmaq deyil. Hədəf dövlət xidmətlərini daha sürətli, şəffaf və əlçatan etmək, vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etməsi kimi problemləri aradan qaldırmaq və gələcəkdə bütün dövlət xidmətlərini vahid rəqəmsal ekosistem üzərindən təqdim etməkdir. Bu isə həm vaxta qənaət edəcək, həm də dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin əsasını formalaşdıracaq.

Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Ən qorxulu və ən zəhərli ilanın qeyri-adi bacarığı

Cəmiyyət
23 avqust 2026 212 baxış
"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

"Yay Fest"in "Mühəndislik və Kod" düşərgəsi başa çatdı - Baku TV

Cəmiyyət
23 avqust 2026 212 baxış
Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Futbol oynamaq istəyən uşaqlar çarəsiz qalıb | Stadionun qapısını kim bağlayıb? - Baku TV

Cəmiyyət
23 avqust 2026 212 baxış
“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

“Məcbur olub boşandım” | Sosial şəbəkədə fəryad edən iki qız anasının həyat hekayəsi - ARZUNUN VAXTI

Cəmiyyət
22 avqust 2026 212 baxış
M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

M6 ekspres avtobusunun marşrutu dəyişir | Xətt iki metro stansiyasını birləşdirəcək - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

"Məktəbdə bütün uşaqları vurdum" | Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Mərkəzi yolda quyular niyə açıq qalıb? | Sürücülər hər an təhlükə ilə üzləşə bilər - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Parklanma zonasında oyun təhlükəsi: Bağlı stadion qapıları sakinləri ayağa qaldırdı - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

"Dedi ki, mənə pul at" | Abşeron Gənclər Şəhərciyində qanunsuz yolbənd iddiası - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
Mübahisəli əmlakın pərdəarxası | "Gizlin gəlib-gedirlər" | Bir mənzil iki nəfərə satılıb? - Baku TV

Mübahisəli əmlakın pərdəarxası | "Gizlin gəlib-gedirlər" | Bir mənzil iki nəfərə satılıb? - Baku TV

Cəmiyyət
22 avqust 2026 212 baxış
Seçilmişlər
icon