Yol qəzalarının sayı niyə artıb?
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin 9 ayı ərzində ölkə ərazisində 1204 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2022-ci ilə nisbətdə 4,4 faiz çoxdur.
Yol qəzalarının artmasının əsas səbəblərindən biri də sürücülərin qaydaları kobud şəkildə pozmalarıdır.
Belə qayda pozuntularından biri də paytaxtın Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Sözügedən kadrlardan görünür ki, sürücü yol nişanının tələbinə məhəl qoymayaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradır.
Bəzi vətəndaşlar sürücülərin bu cür qayda pozuntularına yol verməsinə səbəb kimi ərazilərdə müşahidə kameralarının işləməməsini göstərirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan ərazidə müşahidə kamerası mövcuddur və işlək vəziyyətdədir:
“Bəzi sürücülər ən sağ zolaqdan sola manevr edirlər ki, bu da qayda pozuntusudur. Bundan əlavə, bu cür sürücülər yollarda sıxlığın yaranmasına səbəb olurlar, eləcə də qəza şəraiti yaradırlar. Həmin qayda pozan sürücülər aşkarlandıqları zaman qanunamüvafiq tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, yol nişan tələblərini pozan sürücüləri 40 manat cərimə gözləyir.
#Yol qəzaları teqi istifadə olunub
- Avtomobilin qəza tarixçəsini və texniki vəziyyətini necə yoxlamaq olar? - Baku TV CANLI
- "Elə şərtlər qoyulub ki..." | Qəza zamanı avtomobillər niyə kənara çəkilmir? - Baku TV
- "Sui-istifadə edirlər" | Təcili yardım sürücülərinin şok əməlləri - Baku TV
- Yeniyetmə sürücülərin törətdiyi qəzaların sayı niyə artıb? | Ekspertdən açıqlama - Baku TV
- Hərəkətin təşkili, yol nişanları reallığa uyğun deyil? - Həll edilməyən nöqsanlar | NECƏ OLMALIDIR?
