“Yolun hər 2 tərəfində bir qadını..." - Sakinlər özündən çıxdı - "Ölüm yolu"nda dəhşət - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsində yaşayan sakinlər ərazidə piyada keçidinin olmamasından şikayət edirlər.
Onlar bildirirlər ki, piyada keçidinin və xəbərdaredici nişanların olmaması nəticəsində bir neçə nəfər avtomobil vurması səbəbindən həyatını itirib. Bu səbəbdən sakinlər sözügedən yolu “ölüm yolu” adlandırırlar.
“Bu yolda nə nişan var, nə də piyada keçidi. Cavan bir gəlin avtomobil vurması nəticəsində həyatını itirdi, iki uşağı yetim qaldı. Mənim nənəmi də burada maşın vurdu, o da dünyasını dəyişdi”, – deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib ki, xüsusilə məktəbdən çıxış saatlarında vəziyyət daha da təhlükəli olur:
“Saat 18:30 radələrində uşaqlar dərsdən çıxırlar. Sürücülər onlara yol vermirlər. Yolun hər iki tərəfində bir qadını avtomobil vurub, nəticədə, hər ikisi dünyasını dəyişib”.
#Abşeron teqi istifadə olunub
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
