Pleyeri seçin:

Yumurta ağının bilinməyən təhlükəsi | Hansı orqanın işinə mənfi təsir edir?

14 may 2025 746 baxış

Şimali Karolina Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yumurta ağında olan zülal bağırsağın selikli qişasını zəiflədən maddənin yaranmasını stimullaşdıra bilər.

Təcrübə zamanı siçanlar yalnız bir zülal mənbəyi olan müxtəlif pəhrizlərlə qidalandırılıb. Cəmi bir həftə sonra mikrobiomda ciddi dəyişikliklər qeydə alınıb.

Metagenomika və metaproteomika üsulları ilə aparılan analizlər göstərib ki, fərqli zülal növləri bağırsaq mikroblarının aktivliyinə və maddələr mübadiləsi funksiyalarına müxtəlif cür təsir edir.

Postdoktorant Alfredo Bleykli-Ruiz bildirib ki, zülal mənbəyindəki hər bir dəyişiklik mikrobiomda nəzərəçarpacaq dəyişikliklərə səbəb olurdu. Xüsusilə qəhvəyi düyü, maya və yumurta ağı ilə qidalanma zamanı təsir daha güclü idi. Bəzi pəhrizlər qidalarla qəbul edilən aminturşuları parçalayan mikrobların aktivliyini artırırdı.

Alimlərin sözlərinə görə, bu aminturşularının parçalanma məhsulları həm ümumi sağlamlığa, həm də bağırsaqla beyin arasındakı əlaqəyə təsir edə bilər.

Tədqiqat zamanı həmçinin məlum olub ki, zülallara birləşmiş mürəkkəb karbohidratlar mikrobların hansı fermentləri istehsal etdiyinə təsir göstərir. Məsələn, yumurta ağı ilə qidalanma zamanı aktivləşən müəyyən bir bakteriya bağırsağın qoruyucu selikli qişasını təşkil edən musini parçalayan fermentlərə bənzər fermentlər ifraz etməyə başlayıb. Bu da göstərir ki, bəzi növ zülal əsaslı pəhrizlər həzm sistemi üçün risk yarada bilər.

Banner
"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey  etmək düz deyil" - Baku TV

"Camaat şir saxlayır, sən də ki..." | Antkeeper danışdı - "Evdə belə şey etmək düz deyil" - Baku TV

Cəmiyyət
09 noyabr 2026 746 baxış
Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Məhsul tarlada ucuz, bazarda baha: fərq kimin cibinə gedir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 noyabr 2026 746 baxış
Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV

Cəmiyyət
09 noyabr 2026 746 baxış
İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

İşlədiyin hər saata görə maaş | Yeni sistem kimlərə şamil olunacaq? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 746 baxış
Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Hansı ərazilərdə yollar buz bağlayacaq? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 746 baxış
"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

"Meyvə ağacı qıraq yandıraq?" | Şəkinin ucqar kənd sakinləri əlacsız vəziyyətdə - Baku TV

Cəmiyyət
09 noyabr 2026 746 baxış
"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

"Gecə həkim oyatdı ki, qələbə qazanmışıq" | Kamran İbrahimovun Şuşayadək uzanan şərəfli döyüş yolu

Cəmiyyət
09 noyabr 2026 746 baxış
"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

"Qadın axtarırlar, maaş da ki 400 manat" | Yarmarkalardakı vakansiyalar realdır? - Baku TV

Cəmiyyət
09 noyabr 2026 746 baxış
Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Əmək yarmarkasında iş var, bəs işə qəbul niyə yoxdur? - Baku TV CANLI

Cəmiyyət
09 noyabr 2026 746 baxış
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

Cəmiyyət
09 noyabr 2026 746 baxış
Seçilmişlər
icon