Zəlzələ ilə bağlı TƏBİB və DİN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Daxili İşlər Nazirliyi (DİN) ölkədə qeydə alınan zəlzələ ilə bağlı açıqlama yayıb.
TƏBİB-dən verilən məlumata görə, Bakı şəhəri və regionlardakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
DİN-dən isə bildirilib ki, quruma dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
#TƏBİB teqi istifadə olunub
- TƏBİB-lə bağlı yeni qərar nə vəd edir?
- Azərbaycan səhiyyəsində nə dəyişəcək? - Baku TV
- Tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artdı - Baku TV CANLI
- TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırıldı | Detallar açıqlandı - Baku TV
- TƏBİB-dən yeni xidmət modeli - "Ambucycle”- Baku TV
