Zəlzələdə Azərbaycan vətəndaşı həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarına yardım göstərilməkdədir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Türkiyənin Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə əməkdaşlıqla birgə Azərbaycan vətəndaşlarının təxliyə prosesi də davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.
7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Bu günə qədər 1 nəfər Azərbaycan vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Bünyatova Nailə Aydın qızının vəfatı barədə məlumat var. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür.
#Zəlzələ teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib
- Kolumbiyada zəlzələ bölgəsində itkilər artır | Axtarış əməliyyatları davam etdirilir - Baku TV
- Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib
- Kolumbiyada güclü zəlzələ baş verib | Xilasetmə işləri aparılır - Baku TV
