Pleyeri seçin:
Zəlzələdə ölən soydaşlarımızın sayı artdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun və Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub”, - deyə XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
XİN-in rəsmisinin sözlərinə görə, Türkiyədə zəlzələ bölgəsində yaşayan daha 9 azərbaycanlıdan hələ də xəbər almaq mümkün olmayıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
