Zəlzələdən çıxıb zəlzələyə tutulan azərbaycanlı tələbə
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən zəlzələ səbəbi ilə Azərbaycana təxliyə olunan növbəti qrup Vətənə çatıb.
Türkiyədə təhsil alan azərbaycanlı tələbə Türkanə Kazımlı jurnalistlərə açıqlamasında Qaziantepdən Mersin şəhərinə qayıdarkən avtobusda təkrar zəlzələ anı keçirdiyini deyib.
“Kiçik maşınlarla şəhəri tərk etməyə çalışan əhali dağıntılı yollarda qəza keçirirdilər. Heç kəs bir-birinə kömək edə bilmirdi”, - deyə tələbə əlavə edib.
Digər tələbə Fidan Vəliyevanın sözlərinə görə isə zəlzələ baş verən zaman mənzili tərk edib. Binaya girmək təhlükəli olduğu üçün 2 gün çöldə gecələmək məcburiyyətində qalıb.
“6-7 ildir ki, ailə üzvlərimlə birlikdə Adana şəhərində yaşayıram. Qəza baş verəndə evdə idim. Dərhal uşaqlarımızı da götürüb evi tərk etdik”, - deyə Türkiyədə yaşayan azərbaycanlı Zabit Zamanov bildirib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
