Zərdab-Mollakənd yolunda təhlükə | Sürücülər narazılıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdab-Mollakənd magistral yolunda təhlükəli vəziyyət hökm sürür.
Sürücülər deyirlər ki, ərazidə yol nişanları olsa da, sərt döngələrdə keçid zamanı qarşı tərəfdən gələn avtomobillərin görünməməsi xüsusilə nabələd sürücülər üçün qəza şəraiti yaradır.
“Sürət həddinə baxan yoxdur. Bu yolda çox əziyyət çəkirik. Demək olar ki, hər ay qəza olur”, – sürücü söyləyib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən yolda sürət həddi 50 km/saata endirilib, sərt döngələr və təhlükəli sahələrdə müvafiq yol nişanları quraşdırılıb:
“Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Zərdab-Mollakənd yolunda nizamlama vasitəsi qismində xüsusi texniki vasitələrin tətbiqi nəzərdə tutulub və tezliklə həmin qurğuların quraşdırılmasına başlanacaq”.
İdarədən həmçinin bildirilib ki, aparılan təhlillər göstərir ki, qeyd olunan yolda baş verən qəzaların başlıca səbəbi sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sərt döngələrdə ehtiyyatsızlığa yol verilməsi, yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi ilə bağlıdır:
“Odur ki, BDYPİ bir daha sürücələrə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyri-şərtsiz əməl etməyə çağırır”.
#Yol problemi teqi istifadə olunub
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
