Pleyeri seçin:

Zeytunun insan orqanizminə ziyanı və xeyri nələrdir? | Dietoloqdan mühüm açıqlama

26 avqust 2024 1631 baxış

Zeytunun tərkibində insan orqanizmi üçün çox faydalı maddələr var, lakin onun həddindən artıq istehlakı sağlamlığa ciddi ziyan vura bilər.

Bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq “Sputnik”ə müsahibəsində deyib.

“Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq”, – deyə dietoloq bildirib.

Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır.

“Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur. Tədqiqatlar artıq duzun haradasa əlavə şəkər qədər təhlükəli və erkən ölümə səbəb olduğunu göstərir”, – deyə ekspert qeyd edib.

M.Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir:

“Eyni zamanda əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsinizsə, zeytunu, ümumiyyətlə, qida rasionuna daxil etməməyiniz daha yaxşı olar”.

Qeyd edək ki, bundan əvvəl sağlam qidalanma üzrə mütəxəssis Tatyana Meşçeryakova bildirmişdi ki, həddindən artıq duz istehlakı hipertoniyaya gətirib çıxarır. O bunun həmçinin çəki artımına səbəb olduğunu, böyrək funksiyasını, maddələr mübadiləsini pozduğunu diqqətə çatdırmışdı.

Banner
"Daha çox kriminal, depressiv xəbərlərə baxırlar" | Davamlı mənfi informasiyanın beynimizə təsiri

"Daha çox kriminal, depressiv xəbərlərə baxırlar" | Davamlı mənfi informasiyanın beynimizə təsiri

Cəmiyyət
23 noyabr 2026 1631 baxış
Yol polisindən canlı yayım açan sürücülərə xəbərdarlıq - Baku TV CANLI

Yol polisindən canlı yayım açan sürücülərə xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
23 noyabr 2026 1631 baxış
“Tez-tez döyülmə, ac saxlanma...” | Yaşadığımız psixoloji travmadır, yoxsa həyatın çətin dövrü?

“Tez-tez döyülmə, ac saxlanma...” | Yaşadığımız psixoloji travmadır, yoxsa həyatın çətin dövrü?

Cəmiyyət
23 noyabr 2026 1631 baxış
Sumqayıtın 77 illik yubileyi möhtəşəm atəşfəşanlıqla yadda qalıb - Baku TV

Sumqayıtın 77 illik yubileyi möhtəşəm atəşfəşanlıqla yadda qalıb - Baku TV

Cəmiyyət
23 noyabr 2026 1631 baxış
Xətai sakinlərinin illərlə bitməyən istilik problemi niyə həll olunmur? - Baku TV

Xətai sakinlərinin illərlə bitməyən istilik problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
23 noyabr 2026 1631 baxış
Məktəblərdə şagirdlər rəngli xəbərdarlıq olunacaq? - Baku TV

Məktəblərdə şagirdlər rəngli xəbərdarlıq olunacaq? - Baku TV

Cəmiyyət
22 noyabr 2026 1631 baxış
Sabah ölkə ərazisində hava necə olacaq? - Baku TV CANLI

Sabah ölkə ərazisində hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
22 noyabr 2026 1631 baxış
Xətaidə istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? - Baku TV

Xətaidə istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? - Baku TV

Cəmiyyət
22 noyabr 2026 1631 baxış
Sabahdan hava şəraiti dəyişəcək | Bakı sakinlərinə xəbərdarlıq - Baku TV

Sabahdan hava şəraiti dəyişəcək | Bakı sakinlərinə xəbərdarlıq - Baku TV

Cəmiyyət
22 noyabr 2026 1631 baxış
“Xurmalar ağaclardan tökülür” | Zaqatalada fermerlər çıxılmaz durumda - Baku TV

“Xurmalar ağaclardan tökülür” | Zaqatalada fermerlər çıxılmaz durumda - Baku TV

Cəmiyyət
22 noyabr 2026 1631 baxış
Seçilmişlər
icon