1 dəqiqə gecikdiyi üçün qovuldu, amma... | İşçi müdirini belə peşman etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Çində fəaliyyət göstərən şirkətlərdən biri verdiyi qərarla gündəmə gəlib. Daha dəqiq, şirkət qadın işçisini işdən qovub.
İlk baxışda bu addım qeyri-adi gəlməsə də, işdən çıxarılma səbəbi bir çoxlarını təəccübləndirib.
Yerli media orqanlarının yaydığı məlumata görə, qadının qovulmasına səbəb işə gecikmə halı olub, özü də 1 dəqiqə. Ancaq bu hal 1 ay ərzində cəmi 6 dəfə baş verib. Qadın isə işdən çıxarılmasının ədalətsiz olduğunu məhkəmədə sübut edə bilib.
Vanq adlı Quanqdonq sakini Quançjouda yerləşən firmada üç il işləyərək peşəkar reputasiyaya malik olub.
Məhkəmə bildirib ki, işəgötürən qadına baş vermiş qanun pozuntuları barədə xəbərdarlıq etməyib. Elə bu baxımdan şirkət onu qəfil işdən çıxarmaq hüququna malik deyil.
Məhkəmə Vanqın işdən çıxarılmasının qanunsuz və əsassız olduğuna qərar verib. Nəticədə Vanqa təzminat verilib, həmçinin işinə yenidən bərpa olunub.
#Çin teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
