11 istiqamətdə hücuma keçdilər | Rusiya-Ukrayna müharibəsində dəhşət dolu gecə
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında 11 istiqamətdə 176 hərbi toqquşma qeydə alınıb.
Ən gərgin döyüşlər Pokrovskda qeydə alınıb. Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 57 hücumunun qarşısını alıb.
Odessa dron hücumuna məruz qalıb. Çoxmərtəbəli binalar zədələnib, yanğın qeydə alınıb. Şəhərin meri Qennadiy Truxanov bildirib ki, gecə saat 2-dən sonra partlayışlar baş verib.
Dnepropetrovska da pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib. Dövlət müəssisələri və mülki infrastruktura ziyan dəyib.
Donetsk vilayətinin Kramatorsk şəhərinə isə Rusiyanın hücumları nəticəsində 1 uşaq ölüb, 5 nəfər yaralanıb.
Sumı da hədəf alınıb. Yaşayış binası atəşə tutulub, 14 nəfər yaralanıb.
Rusiyanın hava hücumundan müdafiə qüvvələri isə Ukraynaya aid 35 PUA-nı məhv edib. Dronlar Bryansk, Rostov, Kaluqa, Samara, Moskva, Tula, Belqorod, Kursk vilayətləri və Qara dəniz üzərində zərərsizləşdirilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
