Bəlucistanda genişmiqyaslı antiterror əməliyyatı: 145 terrorçu məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər ərzində Pakistan təhlükəsizlik qüvvələri Bəlucistan əyalətində genişmiqyaslı antiterror əməliyyatları həyata keçirərək qadağan olunmuş "Bəlucistan Azadlıq Ordusu" ilə əlaqəli 145 silahlını məhv edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, reydlər əsasən mülki şəxslərdən ibarət 33 nəfərin ölümü ilə nəticələnən bir sıra hücumlardan sonra keçirilib.
Əməliyyatlar zamanı həmçinin təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı, qadın və uşaqlar da daxil olmaqla, 18 mülki şəxs həlak olub.
İran və Əfqanıstanla həmsərhəd olan əyalətdə üsyançılar təhlükəsizlik qüvvələrinə, mülki şəxslərə və infrastruktura hücumları artırdığı üçün cənub-qərb əyalətinin hakimiyyət orqanları son illərin ən qanlı qarşıdurmalarından biri ilə mübarizə aparır.
"Bəlucistan Azadlıq Ordusu" əyalətdəki təhlükəsizlik qüvvələrini hədəf alan Herof və ya "qara fırtına" adlı koordinasiyalı əməliyyat başlatdığını bildirib.
Rəsmilər qeyd edirlər ki, yaraqlılar Kvetta, Qvadar, Mastunq və Noşki rayonlarında, demək olar ki, eyni vaxtda hücumlara başlayıblar.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
