“1560-dan çox dron və 56 raket atdılar” | Zelenski Rusiyanın zərbəsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən günün əvvəlindən bəri Rusiya Ukraynaya 1560-dan çox dron və 56 raket atıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı bildirib ki, Rusiya gecə saatlarında Ukraynaya 670-dən çox zərbə dronu və 56 raket atıb. Zelenski vurğulayıb ki, bunlar müharibəni dayandırmaq istəyənlərin hərəkətləri deyil.
Ukrayna lideri hazırda Kiyevdə Rusiyanın hücumuna məruz qalan doqquzmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatının aparıldığını və binanın girişinin tamamilə dağıldığını qeyd edib: “Onlarla insan xilas edilib. Təəssüf ki, bir nəfər ölüb. Dağıntılar altında hələ də insanlar ola bilər”.
Prezident gecə kampaniyasının əsas hədəfinin Kiyev olduğunu vurğulayıb:
“Şəhərdə 20 yerə ziyan dəyib. Bunlar adi yaşayış binaları, məktəb, baytarlıq klinikası və digər mülki infrastrukturdur. Kiyev bölgəsində də dağıntılar var, Kremençukda enerji sektoruna, Çornomorskda liman və yaşayış binalarına oxşar terror hücumları baş verib”.
Volodimir Zelenski tərəfdaşların bunlara susqun qalmamasının və Ukraynanın hava məkanının qorunmasını dəstəkləməyə davam etməsinin vacibliyini qeyd edib:
“PURL proqramı Ukraynanın özünü bu cür ballistik zərbələrdən müdafiə edə bilməsi üçün lazımdır. Rusiyaya təzyiqin davam etdirilməsi sülh axtaran hər kəsin maraqlarına uyğundur”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
