Çinin "Vəhşi Fil Vadisi"ndə rekord qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənub-qərbindəki Yunnan əyalətində "Vəhşi Fil Vadisi" yerləşir. Vadidə fillərin yaşayıb, nəsil artırması üçün əlverişli təbii şərait mövcuddur.
Asiya fillərinin baxıcısı Çjou Fanqyinin dediyinə görə, bu yaxınlarda dünyaya yeni fil balası gəlib.
O öz doğuşu ilə indiyədək olan statistikaya dəyişiklik edib. Belə ki, 158 kiloqram çəkisi ilə bu vaxta qədər olan rekordu qırıb.
Baxıcı bildirib ki, erkək bala doğuşdan cəmi yeddi dəqiqə sonra təkbaşına ayağa qalxıb və bir saat 35 dəqiqə ərzində uğurla ana südü ilə qidalanıb. Balaca Asiya fili doğma sürüsünün himayəsi altında sağlam böyüyür, hərəkət edir və qidalanır.
Fanqyin deyir ki, Asiya fillərinin hamiləlik dövrü 18 aydan 22 aya qədər dəyişir və doğuş çəkisi adətən 100-120 kq civarında olur.
Statistik məlumatlar göstərir ki, Çində vəhşi Asiya fillərinin populyasiyası 300-dən çox artıb və illik bala doğuş nisbəti təxminən 8 faiz təşkil edir.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
