19 min dollarlıq biletlərə 3400 ödədilər, üstəlik də... | Qeyri-adi hadisənin səbəbi
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyanın ən prestijli hava gəmisi sayılan “Qantas”ın təyyarəsi şirkətin tarixində ən ucuz uçuşunu reallaşdırıb.
Belə ki, Avstraliyadan ABŞ-yə gediş-gəliş üçün birinci dərəcəli aviabiletləri səhvən 85 % endirimlə satışa çıxarıb. Adətən sözügedən biletlərin qiyməti 19 000 dollara satılırdı. Amma yaranmış texniki xəta səbəbindən 300-ə yaxın şanslı müştəri onları cəmi 3400 dollara alıb.
Bununla belə, aviaşirkət uçuşu ləğv etmək əvəzinə müştərilərdən heç bir əlavə ödəniş tələb etmədən “bunu bizim xoş niyyətimiz kimi qəbul edin” deyib.
Amma bu da son deyil. 85 % endirimlə biznes sinfə bilet almağa müvəffəq olan bəzi sərnişinlər də “A klass”ı sevmədik” deyərək biletləri geri qaytarıb və əvəzində “Qantas”dan endirimsiz biletlərin qiymətini tələb ediblər. 3400 dollara alınan bilet onlara 19 000 dollar dəyərində geri qaytarılıb.
Aviaşirkət bunun biznes sinfinə tələbatın yüksək olması və növbədə gözləyən müştərilərin çoxluğu ilə əlaqələndirib.
#Avstraliya teqi istifadə olunub
- Alimlər qlobal fəlakətdən sonra ən dayanıqlı ölkəni seçdi
- Avstraliyada bu virusa görə ilk kütləvi ölüm qeydə alındı
- Avstraliyada aparılan testlər və genetik analizlər müsbət çıxıb
- Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər
- Azyaşlılara sosial şəbəkə imkanı yaradanlar 68 milyon dollar cərimə ediləcəklər
