Pleyeri seçin:

2 ölkə İrana hücum edəcək? - Pezeşkian qaranlıq məqamları açıqladı

15 yanvar 2025 189 baxış

“İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail onun ərazisinə hücum edərsə, mütləq cavabını alacaq”.

Bunu İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində bildirib.

“İstənilən hərəkətə cavab verəcəyik. Biz müharibəyə can atmırıq, amma müharibədən də qorxmuruq. Mən həqiqətən ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün tərəflərinə zərər verəcək”, – o qeyd edib.

Müsahibə zamanı bir çox mövzuya toxunulsa da, ən diqqət çəkən Trampın hakimiyyəti illərində iki ölkə arasında münasibətin necə inkişaf edəcəyi olub. Jurnalistin bununla bağlı sualını cavablandıran Məsud Pezeşkian bildirib ki, ABŞ-nin İrana tətbiq etdiyi və illərdir qüvvədə saxladığı iqtisadi sanksiyalar iki ölkə arasında münasibətlərə mənfi təsir edir.

Prezidentin sözlərinə görə, İran regionda və dünyada sabitlik, sülh istəyir, amma İsrail və ona dəstək verən ölkələr buna mane olur.

“Təəssüf ki, ABŞ-nin İsrailə nümayiş etdirdiyi dəstək də gərginliyi artıran başlıca amillərdəndir. ABŞ ilə İran hələlik açıq dialoqa bəlli səbəblərdən hazır deyil. Amma bu, tərəflər arasında görüşlərin nə vaxtsa baş tuta bilmə ehtimalını istisna etmir”, – deyə Pezeşkian müsahibəsində bildirib.

Jurnalistin “İran Trampı nə vaxtsa öldürmək fikrinə düşübmü?” sualına isə Məsud Pezişkian qəti və birmənalı cavab verib:

“Tehran heç vaxt ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd etməyi planlaşdırmayıb. Bir Tramp ölərsə, digəri gələcək. Fərdlərin dəyişməsi dövlətin siyasətini dəyişmir. Bu kimi əsassız iddialar məlum məsələdir ki, İsrail və digər ölkələrin iranofobiyanı təşviq etmək üçün hazırladıqları növbəti sxemdir. Daha öncədən də qeyd etdiyim kimi, İran sülhün tərəfdarıdır”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 189 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 189 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 189 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 189 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 189 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 189 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 189 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 189 baxış
Seçilmişlər
icon