Pleyeri seçin:

2050-ci ilədək atom enerjisi qurğularının gücü 2,6 dəfə artacaq

04 may 2026 347 baxış

2050-ci ilə qədər qlobal miqyasda atom enerjisi qurğularının gücünün 2024-cü illə müqayisədə 2,6 dəfə artacağı proqnozlaşdırılır. Bu yeni gücün 24 faizinin kiçikmodullu reaktorlar sayəsində formalaşacağı gözlənilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinə görə, qlobal enerji təchizatının təhlükəsizliyi və iqlim hədəflərinə təzyiqlər artdıqca, atom enerjisi enerji və iqlim problemləri ilə üzləşən ölkələr üçün həll yolunun vacib bir hissəsinə çevrilir.

Yeni nəsil nüvə reaktorları sektorda 70 illik əməliyyat təcrübəsindən istifadə edilməklə hazırlanır. Müasir dizaynlar keçmişdəki qəzalardan əldə edilən dərslər və təhlükəsizlik standartlarını gücləndirən davamlı təkmilləşdirmə prosesi ilə formalaşır. Bəzi innovativ konsepsiyaların növbəti 10-20 il ərzində istismara verilməsi planlaşdırılır.

Hazırda bir çox ölkə kiçik modullu reaktor texnologiyalarını atom enerjisi planlarına daxil edib və inkişafları yaxından izləyir. Ümumilikdə 300 meqavata qədər elektrik enerjisi istehsal edə bilən bu reaktorlar kiçik şəbəkələrə xidmət göstərmək, ənənəvi enerji mənbələri üzrə elektrik stansiyalarını əvəz etmək, ucqar və ya təcrid olunmuş bölgələri enerji ilə təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, 1950-ci illərdə tikilməyə başlanan atom elektrik stansiyaları qlobal elektrik enerjisi istehsalının təxminən 10 faizini təmin edir. Hazırda 30-dan çox ölkədə 415 nüvə reaktoru fəaliyyət göstərir. Əsasən Çin, Hindistan və Rusiya olmaqla 16 ölkədə 72 nüvə reaktorunun tikintisi davam edir.

Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 347 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 347 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 347 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 347 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 347 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 347 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 347 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 347 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 347 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 347 baxış
Seçilmişlər
icon