İran nüvə obyektlərinin yoxlanışına niyə qarşıdır? - Baku TV
İranda bombardman edilmiş obyektlərin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yoxlanılması qanuni qərarlardan asılıdır.
Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
"Agentlik ABŞ və İsrailin oyuncağına çevrilib", – deyə o bildirib.
Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyin nizamnaməyə uyğun və siyasi təzyiqlər olmadan fəaliyyət göstərməsini gözlədiklərini xatırladıb:
"Hərbi hücumun hədəfi olan bütün mərkəzlər əvvəllər Agentlikdə qeydiyyatdan keçmiş və yoxlanılırdı. Agentliyin susması və bu hücumları pisləməməsi onun səlahiyyət və müstəqilliyini şübhə altına alır. Agentliyin zərər görmüş obyektlərə baxış keçirməsi üçün Vaşinqton və Təl-Əvivin təzyiqi onların öz hərbi əməliyyatlarının nəticələrini qiymətləndirmək məqsədi daşıyır. Lazımi təhlükəsizlik qaydaları və protokolları hazırlanana qədər parlamentin qanununa əsasən bu mərkəzlərin yoxlanılması iddiası qəbuledilməzdir".
Onun sözlərinə görə, zərbəyə məruz qalmayan obyektlər təminat sazişinə uyğun olaraq yoxlanılıb, lakin ölkə hələ də müharibə şəraitindədir.
#İran Atom Enerjisi Təşkilatı teqi istifadə olunub
