Pleyeri seçin:

22 nəfər qorxulu evdə 50 dəqiqə keçirdi və... | Adrenalin yaşamaq istəyənlər diqqətli olun!

03 dekabr 2024 398 baxış

Danimarkanın Orhus Universitetinin alimləri qorxu hissi ilə immunitet sisteminin vəziyyəti arasında gözlənilməz əlaqə aşkar ediblər.

Məlum olub ki, qorxu filmləri və ya tərk edilmiş cinlərin olduğu deyilən evlərə baş çəkmək kimi qorxulu təcrübələr təkcə emosional vəziyyətə və ürək döyüntüsünə deyil, həm də orqanizmi xəstəliklərdən qoruyan sistemin fəaliyyətinə təsir göstərir.

Təcrübədə aşağı səviyyədə iltihabı olan 22 nəfər iştirak edib. Onlar qorxunc nömrələrin təqdim edildiyi köhnə evdə 50 dəqiqə keçiriblər.

Maraqlıdır ki, bundan sonra həmin şəxslərin orqanizmində iltihabi proseslər 81 faiz azalıb. 91 könüllü üzərində aparılan başqa bir araşdırma da oxşar təcrübələrdən sonra immunitet sistemindəki dəyişikliklər təsdiqlənib.

Elm adamları bu təsirin adrenalin və endorfinlərin artması nəticəsində yarandığını deyiblər. Qorxu və immunitet funksiyası arasındakı əlaqə keçmişdə kifayət qədər öyrənilməyib. Təcrübələr zamanı tədqiqatçılar şişlərdən və patogenlərdən qorunmaqda əsas rol oynayan limfositlər və monositlər kimi immun hüceyrələrinin azaldığını müşahidə ediblər.

İştirakçılarda ağ qan hüceyrələrinin, o cümlədən eozinofillər və bazofillərin sayının azalması xüsusilə nəzərə çarpıb.

Qeyd edək ki, stres hormonlarının həddindən artıq aktiv olması orqanizmə xeyir vermir. Qorxu zamanı beyin dopamin və serotonin ifraz edir. Bu da psixologiyaya mənfi təsir edir.

Psixoloqlar onu da qeyd edirlər ki, bütün bu mənfi cəhətlərə baxmayaraq, uydurulmuş qorxuları yaşamaqla insan çətin vəziyyətlərdən çıxış yolu axtarmaq və qorxu hissindən uzaq olmağı öyrənir.

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 398 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 398 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 398 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 398 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 398 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 398 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 398 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 398 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 398 baxış
Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI

Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 398 baxış
Seçilmişlər
icon