255 min dollar ödəməklə... | “Odissey”lə 4 illik dünya turunun özəlliyi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də bir şirkət yeni seçilmiş prezident Donald Trampın səlahiyyət müddətini uzaqdan yaşamaq istəyənlər üçün dörd illik dünya turuna başlayıb.
“Business Insider” məlumat yayıb ki, kruiz xətti dörd ilə qədər “Odissey” gəmisində üzmək istəyən sərnişinlər üçün yeni “Skip Forward” paketlərini elan edib. Hər şey daxil biletlər bir nəfərlik otaqlar üçün 255 999 dollardan başlayır. Təşkilatçılar səyahətçilərə yeddi qitənin 140 ölkəsinə səfər etməyi vəd edirlər.
“Odissey”də səyahət zamanı dünyanın heç bir ölkəsinin vətəndaşlığı təmin edilmir. Gəmi sərnişinlərə yoldakı tıxacdan, siyasətdən və şəhər həyatının monotonluğundan qaçmaq fürsəti yaradır.
Qeyd edək ki, Trampın seçkilərdə qələbəsindən sonra məşhurlar da daxil olmaqla bəzi amerikalılar ölkəni tərk etmək istədiklərini bildiriblər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
