300 metrlik meqasunami xəbərdarlığı | Amerikalı geoloqlardan həyəcan təbili
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı geoloqlar həyəcan təbili çalır.
Qarşıdakı 50 il ərzində baş verə biləcək güclü zəlzələ Qərbi Amerikada dağıdıcı meqa-sunamiyə gətirib çıxara bilər. Bu meqa-sunami bütöv şəhərləri və bölgələri xəritədən silmək gücündədir.
Ən yüksək risk altında olan ərazilər Alyaska, Havay adaları, eləcə də Vaşinqton, Oreqon və Şimali Kaliforniya ştatlarıdır. Mütəxəssislər bildirirlər ki, Vanquver adasının şimalından Mendosino burnunadək uzanan Kaskadiya tektonik qırılması hələ də aktivdir və potensial təhlükə daşıyır. Yeni tədqiqata əsasən, yaxın 50 ildə bu bölgədə 8 və ya daha güclü zəlzələnin baş vermə ehtimalı təxminən 15 faiz təşkil edir.
Adi sunamilərdən fərqli olaraq, meqa-sunamilər nadir və ekstremal hadisələrdir. Onlar qəfil baş verir və əvvəlcədən xəbərdarlıq olunmur.
Alimlər bildirirlər ki, belə bir zəlzələ halında əhalinin hazırlanması və təxliyəsi üçün vaxt demək olar ki, olmayacaq, hər şey cəmi bir neçə dəqiqə ərzində baş verəcək.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
