4 aydır aqibəti bilinməyən Karapetyanla bağlı sensasiya | Erməni nəşri məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan İtaliyaya diplomatik fəaliyyətə gedir.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“4 aydan artıq Ukraynada qanunsuz işləyən Ermənistan səfiri Vladimir Karapetyan İtaliyaya gedəcək, onunla razılaşma məsələsi həll olunub. O, 2021-ci il iyunun 1-də üç il müddətinə Kiyevə səfir təyin edilib, lakin nə Xarici İşlər Nazirliyi, nə də prezident onun geri çağırılması və ya iş müddətinin uzadılması ilə bağlı fərman verib.
Xarici İşlər Nazirliyi V.Karapetyanın iki aya yaxındır Ukraynada fəaliyyətini hansı əsasla davam etdirməsi ilə bağlı suala aydınlıq gətirməyib. Kiyevdə səfir postuna namizəd də müzakirə olunur. Bəzi şayiələrə görə, ora Baş nazirin müşaviri Ambartsum Matevosyan göndəriləcək”, – məlumatda deyilir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
