450 raket və yüzlərlə dronla... | İsrailli generaldan hücumlarla bağlı təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail Hərbi Hava Qüvvələri müharibə hədəfləri üzrə hücumları davam etdirir. Buşehrin nüvə obyektlərinə zərbələr endiririk. İsfahan və Natanzdakı obyektlər də atəşə tutulur”.
Bunu İsrail Müdafiə Qüvvələrinin generalı Effi Defrin deyib.
“Vəziyyəti dəyərləndirib hücumları təkrarlayır və nüvə obyektlərinə daha çox ziyan vururuq. Qırıcı təyyarələrimiz Ərakdakı reaktoru da hədəf alıb. İşlək infrastruktur olmasa da, plutonium hasilatı üçün potensiala malikdir. İranın nüvə silahına sahib olmasına mane olmalıyıq, bu səbəbdən hücum etdik.
O ki qaldı İranın cavab hücumlarına, son 6 gündə İsrailə 450 raket və yüzlərlə dronla hücum təşkil olunub. Məhz buna görə İranın nüvə silahına sahib olmasına imkan vermək olmaz. İran dinc sakinləri hədəf alır, təhlükəni aradan qaldırmağa köklənmişik və qələbə qazanacağıq”, ‒ deyə o qeyd edib.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
