Pleyeri seçin:
İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
İsrail Müdafiə Qüvvələri Suriyanın Əl-Kuneytra əyalətindəki bir yaşayış məntəqəsinə atəş açıb.
Bu barədə Suriyanın "Al Ekhbariya" telekanalı xəbər verib.
"İsrailin iki tankı və bir neçə hərbi texnika Əl-Kuneytra əyalətinin cənub hissəsindəki Seyda-əl-Hanut kəndinin qərbinə doğru irəliləyərək yaşayış məntəqələrinə nizamsız atəş açıb", – xəbərdə deyilir.
"Syria TV" isə bildirib ki, İsrail artilleriyası həmçinin Suriyanın cənubundakı Dəraa əyalətinin qərb hissəsindəki Maariya yaşayış məntəqəsinin ətrafını da atəşə tutub.
Daha əvvəl Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaraa İsraildən 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri işğal altında olan bütün Suriya ərazilərindən qoşunlarını çıxarmasını tələb edib.
Kopyalandı
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
