6 ay içində elə şeylər olacaq ki… | Aİ niyə uçuruma sürüklənir?
Yeniliklərdən dərhal xəbərdar olun
Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib.
O bu fikri dekabrın 9-da “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə səsləndirib.
Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərə bilər.
“Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, – deyə Fitso vurğulayıb.
Bu açıqlama Avropa İttifaqında mövcud daxili problemlərin və üzv dövlətlər arasında artan fikir ayrılıqlarının narahatlıq doğurduğunu göstərir. Fitsonun çıxışı Slovakiyanın Aİ siyasətinə dair tənqidçi yanaşmasını bir daha ortaya qoyur.
#Robert Fitso teqi istifadə olunub
- Fitsonun Serbiya və Slovakiyanın suveren siyasəti barədə mesajı nə olub?
- “Dünya dağılır, böyüklər istədiyini edirlər...” | Robert Fitso
- Fitso Zelenski ilə bağlı çağırış etdi: “Böhranın səbəbkarı odur”
- Bu ölkə Ukraynaya elektrik enerjisinin tədarükünü dayandıracaq? - Baku TV CANLI
- Addım-addım Qrenlandiyaya doğru
