Pleyeri seçin:

7 arvadı olan "ömürlük prezident" kimlərin əti ilə qidalanırdı? | ARAŞDIRMA

25 oktyabr 2024 510 baxış

Baku TV-də özünü “ömürlük prezident” və Şotlandiya kralı elan edən diktator, Uqandanı 8 ildə viran qoyan və yarım milyon insanı öldürən kannibal İdi Amin haqqında araşdırma materialı yayımlanıb.

Fiziki gücü və qəddarlığı ilə fərqlənən İ.Amin deyilənə görə, düşmənlərinin başlarını əlləri ilə qoparıb. O, qəbiləsinin inancına görə, ağıllı adamların ətini sözün əsl mənasında yeyirmiş ki, savadları ona keçsin.

1962-ci ildə Uqanda müstəqillik qazanır və o zaman kapitan rütbəsində olan İ.Amin Baş nazir Milton Obote ilə dostlaşır. İ.Aminin köməyi ilə M.Obote kral II Edvard Mutesanı devirir və 1966-cı ildə özünü prezident elan edir. İ.Amin isə Silahlı Qüvvələrin baş komandanı olur.

Korrupsiya və rüşvətxorluqla məşğul olan, həmçinin həbs olunacağından qorxan İ.Amin 1971-ci il yanvarın 25-də M.Obote səfərdə olarkən dövlət çevrilişi edir və prezident səlahiyyətlərini ələ keçirir, qısa zamanda özünü Uqandanın daimi prezidenti elan edir.

7 arvadı olan İdi Amin 3 arvadının cangüdənləri ilə bayram keçirdiyini eşidəndə radioya çıxaraq arvadlarının gəzəyən olduqlarını deyir və onları boşadığını elan edir. Bir müddət sonra arvadlardan biri parçalanmış vəziyyətdə tapılır və hamının, o cümlədən övladlarının da görməsi üçün meyiti xəstəxananın qarşısında nümayiş etdirir.

İnsan ətinin duzlu olduğunu açıq deyən prezidentin naharı olmaqdan qorxan savadlı insanların çoxu ölkəni tərk edir və bununla da ölkədə savadsızlıq, cahillik başlayır.

1978-ci ildə İ.Amin keçmiş prezident M.Oboteyə siyasi sığınacaq verən Tanzaniyaya müharibə elan edir. Sosialist ölkələrinin dostu Tanzaniyaya hücum edən diktator SSRİ-nin dəstəyini itirir və 1979-cu ildə məğlub olur.

11 aprel 1979-cu ildə diktator Kampaladan Liviyaya qaçır. Bir neçə aydan sonra Səudiyyə Ərəbistanına köçür.

1989-cu ildə Uqanda xalqının onu yenidən lider görmək arzusunu xəyal edən İ.Amin Uqandaya hücum etmək barədə fikirləşir, lakin heç nə edə bilmir.

Hər gün təhdid dolu məktublar və zənglər alan İ.Amin ömrünün sonlarına yaxın qan təzyiqindən əziyyət çəkir. Komaya düşən diktator 2003-cü il avqustun 16-da Ciddə şəhərinin xəstəxanalarından birində 78 yaşında vəfat edir. O, xalqından etdiklərinə görə heç vaxt üzr istəməyib və heç bir çıxışında peşmanlığını bildirməyib. 

Kopyalandı
Banner
2,5 min dəniz piyadası regiona göndərilib

2,5 min dəniz piyadası regiona göndərilib

Dünya
24 noyabr 2026 510 baxış
Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Dünya
24 noyabr 2026 510 baxış
“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

Dünya
24 noyabr 2026 510 baxış
Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Dünya
24 noyabr 2026 510 baxış
SEPAH sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib

SEPAH sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib

Dünya
24 noyabr 2026 510 baxış
Səudiyyə Ərəbistanından Yəmənə zərbələr | Ölən və yaralananlar var

Səudiyyə Ərəbistanından Yəmənə zərbələr | Ölən və yaralananlar var

Dünya
24 noyabr 2026 510 baxış
Qətər Vaşinqton və Tehranı yenidən masa arxasına gətirməyə çalışır

Qətər Vaşinqton və Tehranı yenidən masa arxasına gətirməyə çalışır

Dünya
24 noyabr 2026 510 baxış
Rusiya-Ukrayna müharibəsi bu tarixə qədər sona çatacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi bu tarixə qədər sona çatacaq? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 510 baxış
Çində gənc qız qeyri-adi geyimləri və podium yerişi ilə məşhurlaşıb

Çində gənc qız qeyri-adi geyimləri və podium yerişi ilə məşhurlaşıb

Dünya
24 noyabr 2026 510 baxış
Körpünün altında yaradılan məkan sakinlərin istirahəti üçün nəzərdə tutulub

Körpünün altında yaradılan məkan sakinlərin istirahəti üçün nəzərdə tutulub

Dünya
24 noyabr 2026 510 baxış
Seçilmişlər
icon