Pleyeri seçin:

Ebola epidemiyası Afrika ölkələrində sürətlə yayılır | Ölənlərin sayı durmadan artır - Baku TV

01 iyun 2026 344 baxış

Konqoda və Uqandada ebola qızdırmasının 263 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Virusun nadir "Bundibugyo" ştamından 43 nəfər həyatını itirib.

Bunu Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin baş direktoru Jan Kaseya açıqlayıb.

O qeyd edib ki, hazırda ebola virusuna yoluxma şübhəsi ilə bağlı 1100-dən çox hal araşdırılır.

J.Kaseyanın sözlərinə görə, virusun bu ştamına qarşı hazırda nə lisenziyalaşdırılmış peyvənd, nə də spesifik müalicə mövcuddur.

O vurğulayıb ki, fövqəladə hallara cavab üzrə milli sistemlər operativ şəkildə işə salınmalı, pandemiyalara hazırlığın təmin olunmasına yönələn investisiyalar isə daimi xarakter daşımalıdır.

"Beynəlxalq tərəfdaşlar mühüm rol oynayırlar, lakin onların dəstəyi Afrika institutları və Afrika ölkələrinin hökumətləri tərəfindən hazırlanan strategiyalarla uzlaşdıqda daha böyük əhəmiyyət kəsb edir", – deyə o bildirib.

Məlumata görə, bu, Konqo Demokratik Respublikasında qeydə alınan 17-ci ebola epidemiyasıdır və virusun təxminən yarım əsr əvvəl aşkar edilməsindən bəri miqyasına görə üçüncü ən böyük epidemiyadır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqo və Uqandadakı ebola yayılmasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 344 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 344 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 344 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 344 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 344 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 344 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 344 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 344 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 344 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 344 baxış
Seçilmişlər
icon