Pleyeri seçin:

72 gün dağda qalanların möcüzəvi qurtuluşu | Gələn təyyarə onları xilas etmədi, amma... - ARAŞDIRMA

14 yanvar 2025 338 baxış

Baku TV-də And dağları faciəsi haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, 12 oktyabr 1972-ci ildə “Old Christians Club” reqbi komandasının gənc üzvləri Uruqvay hava limanında təyyarə gözləyirdilər. Çilinin “Old Boys“ komandası ilə oyuna hazırlaşan idmançılar pis hava şəraiti və komandanın kiçik büdcəsi səbəbindən Hərbi Hava Qüvvələrinin çarter reysi ilə uçmalı olurlar.

Santyaqo şəhərinə uçan təyyarə pis hava şəraiti səbəbindən Argentinanın Mendoza şəhərində eniş etmək məcburiyyətində qalır. Hava düzəlməsə də, Argentina qanunlarına əsasən, hərbi təyyarələrin 24 saatdan çox qalması qadağan olunduğundan təyyarə uçmağa məcbur olur.

Santyaqoya asan çıxış üçün And dağlarının alçaq yamaclarından Çilinin Kuriko şəhərinə uçmaq qərarı verilir. Dumanlı və buludlu hava şəraitində ekipaj üzvləri qarşılarındakı maneələri görmürlər və təyyarə üç dəfə dağlara çırpılır. Təyyarənin gövdəsi dağla sürüşərək maneəyə çırpılıb dayanır və bu, ekipajın çoxunun ölümünə səbəb olur.

Xilas olunacaqlarını gözləyən insanlar axtarış təyyarəsinin başları üstündə uçduğunu görüb sevinirlər. Lakin təyyarə qarla eyni rəngdə olan gövdəni və kömək istəyən insanları görmür. Aclıq getdikcə soyuqdan daha böyük problemə çevrilir. 10-cu gün qrup sağ qalmaq üçün meyitlərin ətindən istifadə etmək qərarına gəlir. Sağ qalanların yaxın qohumları istisna olmaqla digər meyitlərin ətindən istifadə edirlər.

Dekabrın 12-də xilas yolu axtaran gənclər – Nando Parrado və Roberto Kanessa yola düşürlər. 10 gün ərzində 60 kilometr məsafə qət edən gənclər çay sahilinə çatır və qarşı tərəfdə bir çoban görürlər. O, gənclərə çörək, pendir atır və ertəsi günə qədər gözləmələrini tapşırır.

Çoban 10 saatlıq yol gedərək hərbi qarnizona çatır və gənclər haqqında xəbər verir. Ertəsi gün hərbçilər Nando və Robertonu xilas edirlər. Qar əsirləri iki gün ərzində ərazidən çıxarılaraq xəstəxanaya çatdırılır.

1972-ci ildə qəzadan sağ çıxan “Old Christian Club” üzvləri “Old Boys” komandasına qarşı ləğv edilən matçı 40 il sonra – 2012-ci ildə keçirirlər. 

Qətərə yenidən hücum olarsa... | ABŞ-nin planı nədir? - Baku TV CANLI

Qətərə yenidən hücum olarsa... | ABŞ-nin planı nədir? - Baku TV CANLI

Dünya
19 mart 2026 338 baxış
"Paşinyan arvadına xəyanət edirmi?" məqaləsi qalmaqal yaratdı 

"Paşinyan arvadına xəyanət edirmi?" məqaləsi qalmaqal yaratdı 

Dünya
19 mart 2026 338 baxış
ABŞ-dən vətəndaşlarına təcili çağırış: "Səudiyyə Ərəbistanını tərk edin!" - Baku TV CANLI

ABŞ-dən vətəndaşlarına təcili çağırış: "Səudiyyə Ərəbistanını tərk edin!" - Baku TV CANLI

Dünya
19 mart 2026 338 baxış
Vəziyyət nəzarətdən çıxır: Tramp İranı Qətərə görə sərt hədələdi - Baku TV CANLI

Vəziyyət nəzarətdən çıxır: Tramp İranı Qətərə görə sərt hədələdi - Baku TV CANLI

Dünya
19 mart 2026 338 baxış
İsrail Xəzərdə bu gəmiləri vurdu | Genişmiqyaslı hücumlara start verilir? - Baku TV

İsrail Xəzərdə bu gəmiləri vurdu | Genişmiqyaslı hücumlara start verilir? - Baku TV

Dünya
19 mart 2026 338 baxış
ABŞ senatoru Milli Kəşfiyyat rəhbərini İranla bağlı məlumatları təhrif etməkdə ittiham edib

ABŞ senatoru Milli Kəşfiyyat rəhbərini İranla bağlı məlumatları təhrif etməkdə ittiham edib

Dünya
19 mart 2026 338 baxış
Zelenski Aİ-nin 90 milyard avroluq qərarına sərt reaksiya verə bilər

Zelenski Aİ-nin 90 milyard avroluq qərarına sərt reaksiya verə bilər

Dünya
19 mart 2026 338 baxış
İsrail Ordusu ilk dəfə Xəzər dənizində İran gəmilərinə zərbələr endirdi - Baku TV CANLI

İsrail Ordusu ilk dəfə Xəzər dənizində İran gəmilərinə zərbələr endirdi - Baku TV CANLI

Dünya
19 mart 2026 338 baxış
“Bu ölkələrdə ciddi problem yarana bilər” | ABŞ kəşfiyyatının sabiq rəsmisi

“Bu ölkələrdə ciddi problem yarana bilər” | ABŞ kəşfiyyatının sabiq rəsmisi

Dünya
19 mart 2026 338 baxış
Cons Qanununun tətbiqi 60 gün müddətinə dayandırıldı

Cons Qanununun tətbiqi 60 gün müddətinə dayandırıldı

Dünya
19 mart 2026 338 baxış
Seçilmişlər
icon