Pleyeri seçin:
8 yaşlı qız milyonlarından imtina etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda 8 yaşlı Devanşi Sanqvi 300 milyonluq sərvətindən imtina edib.
O, Ceyn təriqətinin rahibəsi olmaq üçün bu addımı atıb. Qızın cəsarətli qərarı qısa müddətdə sosial şəbəkələrdə gündəm olub. Devanşi Sanqvi təriqətə üzv olmağını 4 günlük mərasimlə qeyd edib. Tədbirə qızın ailəsi də qatılıb.
Qeyd edək ki, Devanşinin ailəsi də Ceyn təriqətinə etiqad edir. Bu təriqət zorakılığa qarşı çıxır, vegeterianlığı və heyvanlara sevgini təbliğ edir.
Devanşi Sanqvinin atası Hindistanda ən nüfuzlu zərgərlik dükanları şəbəkəsinin sahibidir. 8 yaşlı qızcığaz da təriqətə qoşulmazdan əvvəl "Brilyant şəhəri" kimi tanınan Suratda fəaliyyət göstərən “Sanqvi və Oğulları” şirkətinin varisi idi.
Kopyalandı
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
