Pleyeri seçin:

AB və Rusiya arasında hərbi toqquşma yaxınlaşır? - Makrona sərt reaksiya

07 mart 2025 487 baxış

“Fransa Prezidenti Emmanuel Makron Parisin ABŞ-nin Avropadakı hərbi və nüvə mövcudluğunu məhdudlaşdıracağı təqdirdə AB-yə üzv dövlətlərə nüvə təhlükəsizliyi zəmanəti verməyə hazır olduğunu bəyan etməklə ambisiya göstərir və bu, Avropa qitəsində kəskin hərbi-siyasi böhranın inkişafına təkan verə bilər”.

Bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Makron dünyanı mümkün Üçüncü Dünya müharibəsi astanasına qoymaqla balanslaşdırır:

“Başa düşməliyik ki, Makronun bəyanatı Ukrayna böhranının həlli üçün Zelenskinin, eləcə də AB ölkələrinin heç bir iştirakı olmadan ABŞ və Rusiya arasında birbaşa danışıqların başlanması ilə bağlıdır. Paris Moskva və Vaşinqtonun sülh təşəbbüslərini dəstəkləmək əvəzinə faktiki olaraq tamamilə əks istiqamətdə hərəkət edir”.

Korotçenkonun fikrincə, bununla bərabər Makronun hansısa “sülhməramlı missiya”nı yerinə yetirmək üçün Ukrayna ərazisinə Fransanın milli hərbi kontingentini daxil etməyə hazır olduğunu deməsi Avropa qitəsində hərbi-siyasi gərginliyin yeni mərhələsi və AB ilə Rusiya arasında genişmiqyaslı hərbi-siyasi toqquşma yaratmaq üçün təxribatdır:

“Rusiya sülh danışıqları ilə paralel olaraq Ukraynaya xarici qüvvələrin yeridilməsi ilə bağlı elan edilmiş planlara AB-nin müvafiq ölkələrinin rus ordusuna qarşı hərbi əməliyyatlara girməsi kimi baxacaq və onların aqressivliyinə qarşı öz arsenalında mövcud olan bütün qüvvə və vasitələrdən istifadə edəcək”.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 487 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 487 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 487 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 487 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 487 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 487 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 487 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 487 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 487 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 487 baxış
Seçilmişlər
icon