Abdullah Ağardan diqqətçəkən paylaşım | Ukrayna yüz minlərlə insanını itirdiyi halda…
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli təhlükəsizlik və strateji məsələlər üzrə təhlilçi Abdullah Ağar Ukraynadakı vəziyyətlə bağlı diqqətçəkən bir paylaşım edib.
O, Ukraynanın həm ABŞ, həm də Rusiya arasında sıxışdırıldığını və ağır seçim qarşısında qaldığını bildirib.
A.Ağarın sözlərinə görə, Ukrayna yüz minlərlə insanını itirdiyi halda çıxılmaz vəziyyətə salınıb. Bir tərəfdən ABŞ-nin dəstəyi olmadan torpaq və enerji resurslarını itirmək, hətta tamamilə işğal olunmaq riski ilə üz-üzə qalıb. Digər tərəfdən isə Vaşinqtonun dəstəyini qəbul edərsə, öz resurslarını və strateji obyektlərini ABŞ-yə verməli olacaq.
A.Ağar ABŞ Prezidenti Donald Trampın Ukraynanın ən azı 500 milyard dollarlıq təbii sərvətlərini və strateji müəssisələrini ələ keçirmək istədiyini vurğulayıb.
Maraqlıdır ki, bəzi xarici mənbələr Ukraynanın yeraltı sərvətlərinin və enerji ehtiyatlarının ümumi dəyərinin 26 trilyon dollar ola biləcəyini bildirir.
Bundan əlavə, A.Ağar ABŞ-nin Ukrayna müharibəsindən Avropa Birliyinə silah satışını artırmaq, NATO ölkələrinin hərbi xərclərini iki-üç dəfə yüksəltmək və Rusiyaya qarşı geosiyasi üstünlük qazanmaq üçün istifadə etdiyini qeyd edib.
Təhlilçi həmçinin Ukraynanın bir zamanlar dünyanın üçüncü ən güclü nüvə arsenalına sahib olduğunu, lakin Budapeşt Memorandumunu imzalayaraq bu silahlardan imtina etdiyini və nəticədə, indiki vəziyyətə düşdüyünü vurğulayıb.
A.Ağarın fikrincə, Ukraynanın hazırkı durumu digər ölkələr üçün ciddi dərs olmalıdır və bu proseslər böyük geosiyasi nəticələr doğurmağa davam edir.
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
