Abdullah Öcalan təşkilata bildirəcək ki... | Türkiyə nəşrindən sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralı həbsxanasından təşkilatı tərk-silah olmağa çağıracağı gözlənilir.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, A.Öcalanın çağırışını PKK-ya bağlı Xalqların Birliyi və Demokratiya Partiyasının onunla bu gün həbsxanada görüşəcək heyəti oxuyacaq, çıxış Diyarbəkir və Van şəhər meydanlarında nəhəng ekranlarda yayımlanacaq.
TGRT telekanakının koordinatoru Ahmet Sözcan İmralıdan gözlənilən çağırışla bağlı deyib:
“DEM Partiyası görüşdən sonra Bakı vaxtı ilə 18:00-da İstanbulda açıqlama verəcək. Brifinqdə A.Öcalanın bəyanatının oxunacağı bildirilir. Bir səhifəlik açıqlama olacağı gözlənilir. Açıqlamada Abdullah Öcalanın PKK-ya terrorun bitdiyi ilə bağlı çağırış edəcəyi, terror təşkilatının özünü buraxmasının lazım olduğunu bəyan edəcəyi deyilir. Terror təşkilatına çağırış ediləcək ki, qurultay çağırın və PKK-nın ləğv olunduğunu bəyan edin”.
A.Sözcan qeyd edib ki, A.Öcalanın 4 fərqli mərkəzə çağırış edəcəyi gözlənilir:
“Birinci İraqda Qəndilə, ikinci Suriyadakı YPG/SDQ-yə çağırış edəcək. Onun terrorçuları silahlarını yerə qoymağa və Suriya Ordusuna qoşulmağa çağıracağı gözlənilir. Xüsusilə PKK-nın Avropa qanadına səslənəcək. Digər çağırış isə DEM Partiyasına olacaq. Ona bildiriləcək ki, terror təşkilatı ilə əlaqənizi kəsin, Türkiyədə demokratik siyasətinizi davam etdirin. Heyətdə A.Öcalanın vəkilləri də olacaq. Bu çərçivədə görüşdən sonra bəyanat oxunacaq”.
#PKK terror təşkilatı teqi istifadə olunub
- Ankara PKK ilə bağlı 12 maddəlik qanun layihəsini təsdiqlədi - Baku TV
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
- AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI
- Türkiyədən ABŞ və İsrailə xəbərdarlıq edildi - Baku TV CANLI
- Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?
