Abidə qədim memarlıq quruluşunu qoruyub saxlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Misirin Luksor şəhərinin qərb sahilində Ramessid dövrünə aid təxminən 3 min illik məzar aşkarlanıb.
Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Leyden Universitetinin arxeoloji missiyası tərəfindən aşkar edilən məzarın Paser adlı şəxsə məxsus olduğu bildirilir.
Abidə Yeni Krallıq dövrünün özəl Teb məzarlarına xas memarlıq quruluşunu qoruyub saxlayıb. Məzarın divarlarında Paserin və həyat yoldaşının təsvir olunduğu, eləcə də onun adının qeyd edildiyi kitabələr aşkar edilib.
Hazırda arxeoloqlar tapıntının sənədləşdirilməsi və dəfn kompleksinin öyrənilməsi istiqamətində işləri davam etdirirlər.
Alimlər hesab edirlər ki, aparılacaq əlavə araşdırmalar nəticəsində məzarın sahibi və onun fəaliyyəti ilə bağlı daha ətraflı məlumatlar əldə olunacaq.
Qeyd edək ki, Luksor şəhəri qədim Misirin ən zəngin arxeoloji bölgələrindən biri hesab olunur və burada mütəmadi olaraq minilliklərə aid yeni tarixi abidələr aşkar edilir.
#Misir teqi istifadə olunub
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI
- II Ramzesin heykəlinə aid 1,6 metrlik baş hissəsi aşkarlanıb
- Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb
