Pleyeri seçin:

ABŞ Administrasiyasında narazılıq artıb | Neft və qaz qiymətləri yüksəlir - Baku TV

17 may 2026 339 baxış

Donald Trampın Administrasiyasında İranla bağlı gələcək addımlar məsələsində vahid mövqe yoxdur.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın bildirdiyinə görə, Ağ Ev daxilində fikir ayrılığı Trampın Çinə səfərindən sonra daha da güclənib. Vaşinqton isə həmin səfərdən İran məsələsində irəliləyiş gözləyirdi.

CNN yazır ki, Administrasiya nümayəndələrinin bir hissəsi, o cümlədən Pentaqon əməkdaşları İrana qarşı daha sərt yanaşmanı dəstəkləyir və hərbi zərbələri mümkün sayır. Digər rəsmilər isə Amerika Birləşmiş Ştatlarının İranla danışıqları davam etdirməsinin vacib olduğunu düşünürlər.

Mənbələrin sözlərinə görə, Tramp Hörmüz boğazının bağlı qalmasından narazıdır. Bildirilir ki, bu vəziyyət ABŞ-də neft və benzin qiymətlərinin artmasına səbəb olur.

Bu arada Ağ Evin nümayəndəsi Anna Kelli qeyd edib ki, Prezident Tramp bütün variantları nəzərdən keçirir. Bununla belə, onun əsas üstünlük verdiyi yol diplomatiyadır.

“The New York Times” isə mənbələrə istinadən ABŞ və İsrailin İrana qarşı mümkün yeni zərbələrə hazırlığı gücləndirdiyini yazıb.

Nəşrin məlumatına görə, Trampın komandası münaqişənin gərginləşəcəyi təqdirdə atılacaq addımlar, o cümlədən İranın hərbi obyektlərinə və infrastrukturuna daha sərt zərbələr endirilməsi ilə bağlı variantlar hazırlayıb.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 339 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 339 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 339 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 339 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 339 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 339 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 339 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 339 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 339 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 339 baxış
Seçilmişlər
icon