Pleyeri seçin:

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

22 mart 2025 65 baxış

ABŞ Prezidenti Donald Tramp “Boeing”ə növbəti nəsil qırıcı təyyarənin hazırlanması üçün müqavilə təqdim edib.

Amerika lideri müvafiq bəyanatı Ağ Evin Oval kabinetində Pentaqon rəhbəri Pit Heqsetlə birlikdə jurnalistlərə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, qırıcı təyyarəyə “F-47” adı veriləcək:

“F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyasının sınaq uçuşları təxminən 5 ildir ki, gizli şəkildə həyata keçirilir. Biz əminik ki, dünyada heç nə onunla müqayisə belə edilə bilməz”.

Trampın fikrincə, bu müqavilə ABŞ müdafiə sənayesinə tarixi sərmayədir və ölkənin aerokosmik sahədə liderliyini gücləndirəcək. Ağ Ev rəhbəri çıxışı zamanı “F-47”nin bir neçə unikal xüsusiyyətini də vurğulayıb:

“Təyyarə istənilən sayda dronu idarə edə bilir və onlarla unikal əməliyyatlar həyata keçirir. “F-47” praktiki olaraq radarlar üçün görünməzdir və düşmənlər onun gəldiyini bilməyəcək. Digər döyüş təyyarələri ilə müqayisədə həm manevr qabiliyyətində, həm də sürət baxımından misilsizdir”.

Tramp sonda qeyd edib ki, ABŞ-nin bir çox müttəfiqi artıq “F-47”nin alınmasına maraq göstərir. Bununla belə, o, bəzi ölkələrə satılacaq versiyaların 10% zəiflədilmiş modifikasiyada olacağını bildirib.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 65 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 65 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 65 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 65 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 65 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 65 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 65 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 65 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 65 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 65 baxış
Seçilmişlər
icon