Pleyeri seçin:

ABŞ Avropada əlavə nüvə vasitələrinin yerləşdirilməsini nəzərdən keçirir

03 iyun 2026 312 baxış

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ ilə bir sıra Avropa ölkələri arasında NATO çərçivəsində nüvə silahlarının paylaşılması proqramının genişləndirilməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

Bu barədə nazir "TVP Info" telekanalının efirində danışıb.

Kosinyak-Kamış bildirib ki, iyunun 18-də NATO-nun Brüsseldəki qərargahında müdafiə nazirlərinin görüşü keçiriləcək və gündəliyin əsas mövzularından biri nüvə çəkindirmə potensialı olacaq.

"Bununla bağlı daha çox danışmaq istəmirəm. Bu, çox həssas mövzudur. Hər hansı açıqlama verilərsə, bu yalnız NATO səviyyəsində və yekun qərarlardan sonra olacaq", – deyə o qeyd edib.

Bundan əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən yazmışdı ki, ABŞ NATO çərçivəsində Avropada əlavə nüvə vasitələrinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Məqsəd müttəfiqlərə Amerikanın təhlükəsizlik zəmanətlərinin etibarlılığını nümayiş etdirməkdir.

Məlumata görə, Vaşinqton Avropada həm adi, həm də nüvə silahı daşıya bilən əlavə bombardmançı təyyarələrin yerləşdirilməsinə hazır olduğunu bildirib. Polşa və Baltikyanı ölkələr də daxil olmaqla NATO-nun şərq cinahındakı dövlətlər bu təşəbbüsə maraq göstəriblər.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 312 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 312 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 312 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 312 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 312 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 312 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 312 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 312 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 312 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 312 baxış
Seçilmişlər
icon