ABŞ Boris Yeltsinə nə söz vermişdi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Milli Təhlükəsizlik Arxivi Moskva ilə Vaşinqton arasında NATO məsələsi ilə bağlı münasibətlərə aid məxfilikdən çıxarılan sənədlərin bir hissəsini dərc edib.
Nəşr edilmiş sənədlərdən bəlli olur ki, ABŞ-nin ozamankı vitse-prezidenti Albert Qor 1994-cü ilin sonunda Rusiya Prezidenti Boris Yeltsinə NATO-nun genişlənməsinin tədricən və yalnız Moskva ilə məsləhətləşmələrdən sonra baş verəcəyinə söz verib.
“Klintonun sentyabrda sizə dediyi kimi, NATO nəhayət genişlənəcək, lakin bu proses tədricən və açıq olacaq”, – deyə A.Qor ABŞ dövlət katibinin o vaxtkı müavini Strob Talbotdan sitat gətirir. “Biz sizinlə məsləhətləşəcəyik”, – A.Qor vurğulayıb.
Bundan əlavə, qeyd olunur ki, A.Qor B.Yeltsini əmin edib ki, proses ABŞ-Rusiya tərəfdaşlığının, eləcə də Rusiya-NATO tərəfdaşlığının dərinləşməsi ilə paralel aparılacaq.
Albert Qorla Boris Yeltsin arasında söhbət Rusiya Prezidenti xəstəxanada olarkən baş verib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
