Pleyeri seçin:

ABŞ bu səbəbə görə İrana qarşı sanksiyaları dayandırdı

12 sentyabr 2023 307 baxış

Amerika Birləşmiş Ştatları İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard dollar dəyərindəki İran vəsaitlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verib. Bu məqsədlə hökumət İrana tətbiq etdiyi sanksiyaları dayandırıb.

Məlumat üçün bildirək ki, sanksiyaların dayandırılması Almaniya, İrlandiya, Qətər, Cənubi Koreya və İsveçrənin əsas yurisdiksiyasına daxil olan bəzi maliyyə institutlarına şamil edilir. Onlar ABŞ-nin sanksiyaları altında İran Milli Neft Şirkəti, İran Mərkəzi Bankı və digər İran maliyyə qurumları ilə əməliyyatlarda iştirak edə biləcəklər.

Bu barədə “Reuters” agentliyi əldə olunan sənədlərə istinadən məlumat yayıb.

Belə ki, tərəflər arasında İranda saxlanılan 5 ABŞ vətəndaşının və eyni zamanda ABŞ-də saxlanılan 5 iranlının azadlığa buraxılmasına dair razılaşma əldə olunub. ABŞ-İran razılaşmasının əsas müddəaları avqustun 10-da ictimailəşdirilib.

ABŞ-nin Dövlət Departamentindən verilən məlumata görə, dövlət katibi Entoni Blinken sanksiyalardan imtinanın ölkənin milli təhlükəsizlik maraqlarına cavab verdiyi qənaətinə gəlib.

Məlumat üçün bildirək ki, 2 ölkə arasında məhbus mübadiləsinin həyata keçirilməsi ilk dəfədir ki, ictimaiyyətə rəsmi şəkildə açıqlanıb. Qurumdan bildirilib ki, İrana məxsus vəsaitlərin köçürülməsi Tehrana yalnız cüzi fayda verə bilər, çünki vəsaitin ancaq humanitar yardım məqsədilə istifadəsinə icazə verilib.

Qeyd edək ki, 6 milyard dolların transfer edilməsi və məhbusların mübadiləsi gələn həftə baş tuta bilər.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 307 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 307 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 307 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 307 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 307 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 307 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 307 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 307 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 307 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 307 baxış
Seçilmişlər
icon