ABŞ daha bir beynəlxalq təşkilatdan çıxdı | Trampdan sensasiyalı addım
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO-dan çıxması barədə qərar qəbul edib.
Bu barədə Ağ Evdən bildirilib.
“Prezident Donald Tramp ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib. Çünki təşkilat ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir”, ‒ deyə açıqlamada qeyd olunub.
Bundan əlavə, o da vurğulanıb ki, D.Tramp Administrasiyası ölkənin bütün beynəlxalq təşkilatlarda üzvlüyünün ABŞ-nin milli maraqlarına uyğun olub-olmamasını diqqətlə izləyir.
Qeyd edək ki, təşkilatın Fələstinə dəstək verməsi və Vaşinqtonun Təl-Əvivlə olan yaxınlığı da səbəblər arasındadır.
Məlumat üçün bildirək ki, D.Tramp hakimiyyətə gələndən sonra ABŞ UNESCO ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin İnsan Haqları Şurasını tərk edib. ABŞ qlobal iqlim dəyişikliyi sazişi və İranın nüvə razılaşmasından da imtina edib.
#ABŞ teqi istifadə olunub
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV
- ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginlik davam edir - Baku TV CANLI
- ABŞ Prezidentindən açıqlama | İran nəyə razılıq verib? - Baku TV CANLI
- Rusiya və ABŞ arasında milyardlarla dollarlıq saziş hansı şərtlə reallaşa bilər? - Baku TV
