Pleyeri seçin:
ABŞ-də dəhşətli atışma | Həlak olanlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptist kilsəsində atışma baş verib. Nəticədə iki nəfər ölüb, silahlı şəxs isə zərərsizləşdirilib.
Bu barədə ştatın qubernatoru Endi Beşar məlumat verib.
“Riçmond-Road üzərindəki Baptist kilsəsində baş verən atışmanın iki nəfərin həlak olmasına səbəb olduğunu bildirməkdən kədərlənirəm. Kentukki ştatının polisi də daxil olmaqla, digər yaralılara yaxınlıqdakı xəstəxanada tibbi yardım göstərilir. Silahlı şəxs öldürülüb”, ‒ deyə o əlavə edib.
Qeyd edək ki, Kentukki ştatında silahlı şəxs öncə polis əməkdaşlarına, daha sonra isə Baptist kilsəsinə gedərək burada ibadət edənlərə atəş açıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
