ABŞ-də qızıl dövr yaşanacaq | Trampdan məşhur Hollivud ulduzları barədə qərar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp məşhur aktyorlar Mel Gibson, Con Voyt və Silvestr Stalloneni Hollivuda “xüsusi səfir” təyin etdiyini açıqlayıb.
78 yaşlı siyasətçinin sözlərinə görə, Amerika kino sənayesini əvvəlki şöhrətinə qaytarmaq niyyətindədir, məhz bu səbəbdən də üç məşhur aktyor Los-Ancelesdə onun “qulağı və gözü” rolunu oynayacaq.
Donald Tramp bu haqda özünün “Truth” sosial platformasında paylaşım edib.
O, “qızıl dövrü” Hollivuda qaytarmaq üçün məşhurların bütün məsləhət və tövsiyələrini dinləməyi planlaşdırdığını qeyd edib.
“Con Voyt, Mel Gibson və Silvestr Stalloneni böyük, lakin çox problemli bir yerə – Hollivud, Kaliforniyaya xüsusi səfirlər təyin etməkdən şərəf duyuram. Onlar mənim xüsusi səfirlərim kimi xidmət edəcəklər. Geri dönmək və hər zamankındən daha yaxşı və güclü olmaq üçün bu üç çox istedadlı insan mənim gözüm və qulağım olacaq. Onların təklif etdiklərini Hollivudda həyata keçirəcəyəm. ABŞ-də “qızıl dövr” yenidən gələcək!”, – deyə D.Tramp bildirib
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
